Konfrans haqqında
Müasir dövrdə elmin sürətli inkişafı, yeni biliklərin əldə olunması və innovativ yanaşmaların tətbiqi gənc tədqiqatçıların aktiv elmi fəaliyyətini zəruri edir. Bu baxımdan, gənc alimlərin öz elmi nəticələrini təqdim edə biləcəyi, fikir mübadiləsi aparacağı və yeni əməkdaşlıqlar quracağı platformalara olan ehtiyac günün aktual tələblərindən biridir. Belə platformalar sırasında elmi konfranslar, simpoziumlar və forumlar xüsusi əhəmiyyət daşıyır.
“Doktorantların və gənc tədqiqatçıların Respublika Elmi konfransı (NASCO29)” məhz bu ehtiyacdan irəli gələrək təşkil olunur və əsas məqsədi gənc tədqiqatçılara öz elmi fəaliyyətlərinin nəticələrini geniş auditoriya qarşısında təqdim etmək imkanı yaratmaqdır. Konfrans iştirakçıları müxtəlif sahələr üzrə apardıqları tədqiqatları bölüşməklə yanaşı, aktual elmi problemlərin müzakirəsində iştirak edəcək, yeni ideyalar irəli sürəcək və elmi düşüncə mühitinin inkişafına töhfə verəcəklər.
Elmin bütün sahələrini əhatə edən bu konfrans müxtəlif istiqamətlərdə çalışan gənc tədqiqatçıları bir araya gətirərək elmi polemikaların aparılmasına, nəzəri və praktik biliklərin paylaşılmasına, multidissiplinar yanaşmaların formalaşmasına, elmi əməkdaşlıq əlaqələrinin qurulmasına şərait yaradacaqdır.
Konfransın mühüm məqsədlərindən biri də gənc tədqiqatçıların elmi fəaliyyətə daha fəal şəkildə cəlb olunmasını təşviq etmək, onların yaradıcılıq potensialını üzə çıxarmaq və gələcək elmi karyeralarına dəstək verməkdir. Bu baxımdan konfrans yalnız təqdimat platforması deyil, həm də elmi inkişaf və şəbəkələşmə mühiti kimi çıxış edir.
Təqdim olunan məqalə və tezislərin konfrans materialları şəklində toplu halda nəşr olunması isə əldə edilmiş mühüm elmi nəticələrin geniş ictimaiyyətə çatdırılmasına xidmət edir. Bu nəşr gələcək tədqiqatlar elmi nəticələrin yayılmasını sürətləndirməyə, gənc alimlərin elmi fəaliyyətinin tanınmasına və qiymətləndirilməsinə imkan yaradacaqdır.
Beləliklə, NASCO 29 konfransı gənc tədqiqatçıların elmi potensialının inkişafına, elmi mühitin zənginləşməsinə və yeni tədqiqat istiqamətlərinin formalaşmasına xidmət edən mühüm elmi platforma kimi çıxış edir.