Tərtİb qaydaları

Məqalələrdə tədqiqat probleminin aktuallığı əsaslandırılmalı, müəllif tərəfindən aparılmış elmi araşdırmanın nəticələri əks etdirilməli və əldə olunan nəticələrin tətbiqi ilə bağlı konkret təkliflər irəli sürülməlidir. Məqalələrin seçimində yaradıcılıq qabiliyyəti, elmi yenilik və əsaslandırılmış ideyalar üstünlük təşkil edir.

Məqalələrin tərtibatına dair tələblər

Məqalələr Azərbaycan, rus və ingilis dillərində qəbul edilir. Beynəlxalq elmi jurnallarda nəşr üçün nəzərdə tutulan məqalələr yalnız ingilis dilində təqdim olunmalıdır.

Məqalələr empirik və ya nəzəri tədqiqat metodlarına əsaslanmalı, aktual elmi problemləri əhatə etməli və əvvəllər nəşr olunmamış olmalıdır.

Elmi və metodoloji baxımdan yüksək qiymətləndirilən məqalələrin beynəlxalq indekslənən (SCOPUS, Web of Science və s.) jurnallarda nəşri üçün tövsiyə verilməsi mümkündür.

Məqalələr '.doc' və ya '.docx' formatında hazırlanmalı, səhifə parametrləri aşağıdakı kimi tənzimlənməlidir: sol – 2,5 sm, sağ – 1,5 sm, yuxarı və aşağı – 2,0 sm.

Məqalənin həcmi (əlavələr istisna olmaqla) 8–15 səhifə arasında olmalı və aşağıdakı struktur elementləri əhatə etməlidir:

xülasə (abstract), açar sözlər (keywords), giriş (introduction), ədəbiyyat icmalı / nəzəri çərçivə (literature review / theoretical framework), metodologiya (methodology), nəticələr (results), müzakirə və təkliflər (discussion and recommendations), istifadə olunmuş ədəbiyyat (references)

Məqaləyə xülasə əlavə olunmalıdır. Azərbaycan dilində hazırlanmış məqalələr üçün xülasə ingilis dilində, ingilis və rus dilində hazırlanmış məqalələr üçün isə xülasə Azərbaycan dilində təqdim edilməlidir.

Konfransa yalnız xülasə təqdim edildiyi hallarda xülasədə mövzunun adı, müəllifin adı və soyadı, aid olduğu qurum (affiliation), xülasə mətni və açar sözlər göstərilməlidir. Xülasənin həcmi 250–500 söz arasında olmalıdır.

Məqalənin və ya tezisin başlığı

Məqalənin və ya tezisin başlığı qısa, aydın və informativ olmalı, maksimum 10-12 sözdən ibarət olmalıdır.

Başlığın altında müəllifin (və ya müəlliflərin) adı və soyadı, mənsub olduğu qurum (affiliation), ORCID identifikatoru və korporativ elektron poçt ünvanı göstərilməlidir.

Məqalədəki xülasə (abstrakt) 150–250 söz həcmində olmalıdır.

Məqalənin əsas mətni paraqraflar şəklində təqdim edilməlidir.

Cədvəl, şəkil və qrafiklər nömrələnməli, başlıqları qısa və informativ olmalıdır. Hər bir vizual element mətn daxilində müvafiq şəkildə istinad olunmalıdır (məs., 'Cədvəl 1', 'Şəkil 2').

İstinadlar və ədəbiyyat siyahısı

Məqalədə istinadlar və ədəbiyyat siyahısı APA (7-ci nəşr) standartına uyğun tərtib olunmalıdır.

Mətn daxilində istinadlar müəllifin soyadı və nəşr ili ilə göstərilir (Müəllif, il).

Bütün istinadlar ədəbiyyat siyahısında tam şəkildə əks olunmalıdır.

İstinad verilməyən mənbələr ədəbiyyat siyahısına daxil edilməməlidir.

Ədəbiyyat siyahısı əlifba sırası ilə tərtib olunmalıdır.

İstinad nümunələri

(Məmmədov, 2007), (Pretty, 1994)

(Əliyev və Osmanov, 2014), (Krugman & Stiglitz, 2010)

(Babayev və b., 2006; Kernis et al., 1993)

İlk istinad: (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2014)

Sonrakı istinad: (ARDSK, 2014)

(Akar, 2010; Çalışkan, 2008; Dinçer və Kolaşin, 2009; Engin və Demir, 2009; Tunç, 2007)

İstifadə olunmuş ədəbiyyat siyahısının tərtibinə dair nümunələr

Jurnal məqaləsi: Bandura, A. (1977). Self-efficacy: Toward a unifying theory of behavioral change. Psychological Review, 84(2), 191–215.

Kitab: Krugman, P. R. (2009). The return of depression economics and the crisis of 2008. W. W. Norton & Company.

Rəsmi hesabat: World Health Organization. (2020). Global health estimates 2019. WHO.

Konfrans materialı: LeCun, Y., Bengio, Y., & Hinton, G. (2015). Deep learning. In Proceedings of the IEEE Conference on Artificial Intelligence (pp. 436–444).

Dərslik: Çengel, Y. A., & Boles, M. A. (2015). Thermodynamics: An engineering approach (8th ed.). McGraw-Hill.

Təqdim olunan bütün məqalə və tezislər plagiat yoxlanışından keçirilir. Ümumi oxşarlıq göstəricisi 15 %-dən artıq olan və ya akademik etikaya zidd hallar aşkar edilən məqalələr qəbul edilmir.